Duma mitinqlər haqda qanunu sərtləşdirir
02 iyul 2014 04:44 (UTC +04:00)

Duma mitinqlər haqda qanunu sərtləşdirir

0

Rusiyanın Dövlət Duması mitinqin keçirilməsi ilə bağlı qaydaların pozulmasına görə cəzaların sərtləşdirilməsi haqda qanun layihəsini ikinci oxunuşda qəbul edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, sənədə əsasən, bundan sonra suçlunu 600 mindən bir milyon rubladək cərimə, məcburi və islah əmək işləri, yaxud  beş ilədək həbs cəzası gözləyir.

 

 

Bundan başqa kütləvi iğtişaşların qarşısını almaq üçün polislərin səlahiyyətlərinin genişləndirilməsi də nəzərdə tutulub.

 

Deputatlar tədbir zamanı polisə tabe olmaq istəməyən təşkilatçılar və iştirakçılar üçün həbs müddətinin 30 günədək artırılmasını istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 620

Oxşar yazılar