Dövlət katibinin müavini Misirdə
15 iyul 2013 21:26 (UTC +04:00)

Dövlət katibinin müavini Misirdə

ABŞ dövlət katibinin müavini Uilyam Börns iyulun 15-də Misirə səfər edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, müvəqqəti prezident Ədli Mənsur və keçid hökumətinin başçısı Hazəm Babləvi ilə görüşüb.

 

Məlumatlara əsasən, amerikalı diplomat iyulun 16-dək Misirdə qalacaq. ABŞ Dövlət   Departamentinin yaydığı bəyanatda bildirilib ki, danışılar zamanı U.Börns bütün siyasi qüvvələrin qatıla biləcəyi Misir xalqının demokratik prosesini dəstəkləyib.

 

Devrilmiş prezident Məhəmməd Mursini müdafiə edən «Müsəlman qardaşları» hərəkatı isə öz növbəsində amerikalı diplomat görüşmək planlarının olmadığını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466
avatar

Oxşar yazılar