Donbasda yeni tədris ilinin başlanılması ilə əlaqədar növbəti atəşkəs rejimi qüvvəyə minib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukraynanın şərqində vəziyyətin nizamlanması üzrə təmas qrupu avqustun 23-də növbəti atəşkəs rejiminin tətbiqinə dair razılığa gəlib. Razılaşma avqustun 25-nə keçən gecə, saat 00.00-dan qüvvəyə minib.
Qeyd edək ki, “Normand dördlüyü” ölkələrinin liderləri aralarında baş tutan telefon danışığı zamanı Donbasda növbəti atəşkəs rejiminin tətbiq edilməsini dəstəkləyiblər.
Telefon danışığı Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Pyotr Poroşenko arasında baş tutub.