Dini lider Bəşər Əsədə müraciət etdi
09 aprel 2017 18:40 (UTC +04:00)

Dini lider Bəşər Əsədə müraciət etdi

İraq şiələrinin nüfuzlu dini liderlərindən olan Müqtəda əs-Sədr xüsusi bəyanatla çıxış edərək Suriya prezidenti Bəşər Əsədi istefa verməyə çağırıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, M. əs-Sədr hesab edir ki, B. Əsəd Suriyaya sevgisinə görə hakimiyyətdən imtina edərək istefa verməlidir.

 

Şiə lider B. Əsədi hakimiyyəti nüfuzlu bir xalq təmsilçisinə verməyi məsləhət görüb. M. əs-Sədr Suriya aviabazasına raket zərbəsi endirilməsi barədə əmr verən ABŞ prezidenti Donald Trampı da tənqid edib, Suriyanın ABŞ üçün “ikinci Vyetnam”a çevrilə biləcəyini bəyan edib. ABŞ-ı ikili standartlar həyata keçirməkdə ittiham edən M. əs-Sədr ABŞ-ın Mosulda dinc sakinləri bombaladığını xatırladıb.

 

Qeyd edək ki, M. əs-Sədrin ABŞ-ın Suriya hərbi aviabazasına raket zərbəsi endirməsindən sonra belə bir bəyanatla çıxış etməsi diqqət çəkir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Oxşar yazılar