Dərbənddəki Nizami Parkı yerlə yeksan edilib
03 iyun 2014 17:54 (UTC +04:00)

Dərbənddəki Nizami Parkı yerlə yeksan edilib

Dərbənddəki Nizami Gəncəvi adına park bərbad vəziyyətə salınıb. Bu barədə Lent.az-a Dərbənddəki mənbə məlumat verib. Mənbənin dediyinə görə, parkdakı yaşıllıqlar məv edilib, skamyalar, yerə döşənən plitələr sındırılıb. Parkın niyə bu vəziyyətə salınması isə sakinlərə izah edilmir.

 

Qeyd edək ki, parkın vəziyyəti ilə bağlı ötən ilin aprel ayında Lent.az-da “Dərbənddə vandalizm: Nizaminin heykəlini sındırdılar, kompleksini təhqir etdilər” adında yazı getmişdi. Yazıda parkda yerləşən heykəlin bir əlinin barmaqları sındırıldığı, heykəlin digər hissəsinə də dəmir parçaları ilə zərbələr endirildiyi bildirilirdi. O vaxt, heykəlin təmir olunması, kompleksin bərpa edilməsi üçün Dərbənddə yaşayan azərbaycanlılar vəsait toplayıb, mütəxəssis tapıb, heykəli və kompleksi qaydaya salmaq niyyətindəydilər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1574

Oxşar yazılar