Atlantik okeanda formalaşan “Lorenso” qasırğası beşinci kateqoriyaya yüksəlib.
APA-nın məlumatına görə, bu barədə ABŞ Qasırğalar üzrə İzləmə Mərkəzi məlumat yayıb.
Qasırğanın bazar günü axşamdan başlayaraq zəifləyəcəyi gözlənilir. Bir neçə gün sonra isə qasırğanın Azor adaları sahillərinə çatacağı proqnozlaşdırılır.