Özbəkistanın paytaxtı Daşkənddə tikilməkdə olan fərdi yaşayış evi uçub.
APA-nın “Sputnik-Özbəkistan” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2-si xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım briqadaları cəlb olunub.
İlkin versiyaya əsasən, ev tikinti qaydalarının kobud pozulması səbəbindən uçub. Faktla bağlı araşdırma aparılır.