Daha bir qəsəbə İŞİD işğalından azad edildi
16 oktyabr 2016 13:43 (UTC +04:00)

Daha bir qəsəbə İŞİD işğalından azad edildi

Suriyanın Dabık qəsəbəsi İŞİD terrorçularından azad edilib.

 

APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu Dabık qəsəbəsi ilə bərabər Hələbin Soran qəsəbəsini də İŞİD terrorçularından azad edib.

 

Qeyd edək ki, Dabık İŞİD-in Suriyada Rakka şəhərindən sonra ikinci əsas mərkəzi sayılan Əl-Bab şəhərinin azad edilməsi əməliyyatına başlanılması üçün böyük önəm daşıyır.  Eyni zamanda İŞİD Dabıka böyük önəm verib, hədislərə istinad edərək Dabıkda “qiyamət savaşı”nın yaşanacağına inanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

APA Baycan

Oxşar yazılar