Türkiyə Silahlı Qüvvələrinin III korpusunun komandiri, ordu generalı Erdal Öztürk həbs edilib.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, hərbi çevriliş cəhdində şübhəli bilinən ordu generalı Erdal Öztürk Bursanın İnəgöl rayonunda saxlanılıb.
Bundan əvvəl Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk və Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs ediliblər.
Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil olmaqla 2800-dək şəxs saxlanılıb.