Cənubi Koreyanın Çecudo adasında hüquqi anlaşılmazlıq ucbatından Çinin «Henna» adlı ilk səyahət gəmisi saxlanılıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə,yerli məhkəmə «Jiangsu Shagang International Trade» gəmi şirkətinin istəyini nəzərə alaraq, «Henna»-nı saxlayıb.
Mənbə bildirib ki, gəmidə 2300 sərnişin olub.
Gəminin operatoru turistlərə pulsuz əyləncə və gecə-gündüz yemək təklif edir.
Məlumata əsasən, gəmi Cənubi Koreyanın Cecudo limanını sentyabrın 13-də tərk etməli imiş.