Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili partiya sıralarından istefa verib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul millət vəklili İhsan Özkəs partiyadan istefa verdiyini açıqlasa da, bunun səbəbləri ilə bağlı məlumat verməyib.
İhsan Özkəs istefası ilə əlaqədar həm partiya rəhbərliyinə müraciət etdiyini bildirib.
Bununla da CHP-nin parlamentdəki millət vəkili sayı 131-ə düşüb.
Qeyd edək ki, İhsan Özkəs AKP-CHP koalisiyasının tərəfdarlarından biri olub. O, hər iki partiyanın quracağı ortaq hökümətinin dövlətə böyük xeyri olacağını açıqlamışdı.