Çavuşoğlu Gülənin ekstradisiyasını müzakirə etməyib
17 iyul 2016 07:53 (UTC +04:00)

Çavuşoğlu Gülənin ekstradisiyasını müzakirə etməyib

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı aydın izah edib ki, ölkədəki çevrilişə cəhdinin arxasında Fətullah Gülənin  tərəfdarları durur, lakin onun ABŞ-dan ekstradisiyası məsələsini birbaşa müzakirə etməyib.

 

APA-nın  verdiyi xəbərə görə, bunu Mövlud Çavuşoğlu “Röyters”ə müsahibəsində bildirib.

 

“Bizim dünənki danışığımızda ekstradisiya məsələsi birbaşa müzakirə edilməyib. Lakin mən  Kerriyə aydın izah etdim ki, cəhd ABŞ-da yaşayan Gülən və onun Silahlı Qüvvələrdəki tərəfdarları tərəfindən təşkil olunub”, - deyə Mövlud Çavuşoğlu bildirib.

 

“İndi ordunu fəttulahçılardan təmizləmək lazımdır. Təmizləmə işləri başa çatandan sonra Silahlı Qüvvələrimiz daha da qüdrətlənəcək, əsgərlərimiz daha da güclənəcək, NATO-ya daha yaxşı dəstəyi və əlaqələndirməni təmin edəcək”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar