Türkiyədə jurnalistə silahlı hücum təşkil olunub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu gün "MİT TIR-ları" yazısına görə ittiham olunan Can Dündar və Ərdəm Gülün məhkəməsi keçirilib. Hakimlər müşavirə otağına yollanan zaman jurnalistlərə açıqlama verən Can Dündara 2 dəfə atəş açılıb. Güllələrdən biri NTV-nin müxbiri Yağız Şenkalın ayağına tuş gəlib.
Qeyd edək ki, prokuror ittihama əsasən Can Dündarın 35,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.