Türkiyənin tanınmış müğənnisi Bülənt Ersoy baş nazir Rəcəb Tayyib Ərdoğanın keçirdiyi toplantıda iştirak etdiyinə görə tənqidlərə məruz qalıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bir çoxları bildiriblər ki, B.Ersoy görüşə getməklə Erdoğanın əlini öpmüş olub. Diva isə müzakirələrə belə reaksiya verib: "Mənə “Səni Kənan Evrənin yanına aparaq, “əlini öp”, dedilər. Niyə öpməliyəm ki? Getmədim, öpmədim. Həyatda heç kimsənin əlini öpməmişəm. Amma Tayyib Bəyi sevirəm. İndi bir dəvət versə, ilk əvvəl sevə-sevə mən gedərəm".