Bu ölkədə marixuananın becərilməsinə icazə verildi
22 fevral 2017 00:33 (UTC +04:00)

Bu ölkədə marixuananın becərilməsinə icazə verildi

0

Niderland parlamentinin aşağı palatası marixuananın dövlət nəzarəti ilə becərdilməsinə icazə verən qanun layihəsini dəstəkləyiblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qanun layihəsini 77 deputat dəstəkləyib, 72 parlamentari isə “əleyhinə” səs  verib. Beləliklə, marixuananın leqal satışı ilə məşğul olan “kofeşop”lar (müştərilərin marixuananı sərbəst şəkildə əldə edib, istifadə edə biləcəyi kafelər) narkotik vasitəni qanuni tədarükçülərdən əldə edə biləcək.    

 

Qanun layihəsinin parlamentin yuxarı palatasında səsverməyə çıxarılacağı gözlənilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar