Burada bütün kredit borcları silinəcək
19 avqust 2014 15:09 (UTC +04:00)

Burada bütün kredit borcları silinəcək

Makedoniyada 31 dekabr 2013-cü il tarixinədək bir ildən uzun bir müddətdə kommunal, kredit kartı və istehlak krediti üzrə borclarını ödəyə bilməyən bir sıra vətəndaşlarının borclarını birdəfəlik siləcək. Lent.az-ın marja.az-a istinadən verdiyi xəbərə görə, borclarının dövlət tərəfindən silinməsini tələb edən makedoniyalılar, İctimai İşlər Mərkəzinə müraciət edə biləcək.

 

30 gün ərzində qəbul ediləcək müraciətlər, daha sonra qurulacaq xüsusi komissiya tərəfindən qiymətləndiriləcək, ağır iqtisadi şərtlərdə yaşayan vətəndaşların - sosial yardımlar alanlar, bir ildən çox müddətdir işsiz olanlar, son beş il içində həyat yoldaşını itirənlərin borcları dövlət tərəfindən birdəfəlik silinəcək.

 

Makedoniyanın maliyyə naziri Zoran Stavreski, sözü gedən layihə ilə  hökumətin verdiyi vədlərindən birini yerinə yetirdiyini qeyd edərək, qlobal iqtisadi böhran səbəbindən borclarını ödəyə bilməyən vətəndaşlara kömək etməyi qarşıya məqsəd qoyduqlarını söyləyib.
 

Borcları dövlət tərəfindən silinəcək vətəndaşların sayının 100 minə çata  biləcəyi təxmin edilir. Bundan başqa, layihəyə daxil olacaq şirkətlərə və banklara dövlət tərəfindən vergilər üzrə bəzi güzəştlərin təmin edilməsi də nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2371
avatar

Oxşar yazılar