Bu ölkədə fahişəliyin minimum yaş həddini artırmağı təklif etdilər
05 mart 2017 23:12 (UTC +04:00)

Bu ölkədə fahişəliyin minimum yaş həddini artırmağı təklif etdilər

Latviyanın Daxili İşlər Nazirliyinin işçi qrupu fahişələrin leqal seksual xidmətlər göstərə biləcəyi yaş həddini artırmağı təklif edir.

 

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, bu barədə DİN-dəki mənbələrə istinadən mixnews.lv internet portalı xəbər verir.

 

«Latviyanın Daxili İşlər Nazirliyinin işçi qrupu fahişələrin leqal seksual xidmətlər göstərə biləcəyi yaş həddini hazırkı 18 yaşdan 25 yaşa qədər artırmağı təklif edir»,- nazirlikdə bildiriblər.

 

DİN-nin dövlət katibinin müavini Dmitri Tofimovun sözlərinə görə, 25 yaşda insanın seçimi düşünülmüş ola bilər.

 

«İndiki qanunvericiliklə dövlət orta məktəbi yenicə bitirmiş adama siqnal verir ki, qanuni şəkildə fahişəliklə məşğul ola bilər. Əgər yaş həddi 25-ə  qaldırılsa, dövlət gənclərə siqnal verər ki, normal həyat fəaliyyəti növü tapmaq olar»,- portal Trofimovun sözlərini sitat gətirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar