Bu gün Avstriyada parlament seçkiləri keçirilir
29 sentyabr 2019 08:45 (UTC +04:00)

Bu gün Avstriyada parlament seçkiləri keçirilir

 
 
 
 
Bu gün parlament seçkiləri keçirilən Avstriyada saat 6:00-dan etibarən (Moskva vaxtı ilə 7: 00-da) ilk seçki məntəqələri səsvermə üçün açılıb.
 
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, ölkənin bir sıra məntəqələrdə isə səsvermə 10:00-dan (Moskva vaxtı ilə 11:00) başlayıb. 
 
Parlamentdəki bir namizədin 4% həddi aşması tələb olunur. Proqnozlara görə, Sebastian Kurtsun rəhbərlik etdiyi Avstriya Xalq Partiyası 33-34% səslə liderdir. Digər partiyaların səs toplama faizi isə belə göstərilib: Avstriya Sosial Demokrat Partiyası 22, Avstriya Azadlıq Partiyası 20, Sağ liberal NEOS 8, və Yaşıllar Partiyası 13 faiz.
 
Qeyd edək ki, parlamentin aşağı palatası hesab edilən Milli Şura yalnız partiya siyahıları ilə seçilən 183 deputatdan ibarətdir. Respublikada 16 yaşdan yuxarı bütün vətəndaşlar və yaxud 6 369 796 nəfər səsvermə hüququndan istifadə edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683
avatar

Oxşar yazılar