[b]Britaniyada terror təhlükəsi səviyyəsi kritik həddədir[/b]
15 sentyabr 2017 23:55 (UTC +04:00)

[b]Britaniyada terror təhlükəsi səviyyəsi kritik həddədir[/b]

0

Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi “ciddi”dən “kritik”ə yüksəldilib.

 

APA-nın “RT”yə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.   

 

Böyük Britaniyada terror təhlükəsinin 5 səviyyəsi mövcuddur. «Aşağı» səviyyə terror aktının az ehtimal olunduğunu bildirir. Daha sonra "sadə", "ciddi", "yüksək" və "kritik" səviyyələri gəlir.

 

Bu gün London metrosunun "Parsons Green” stansiyasında törədilən partlayış nəticəsində 29 nəfər xəsarət alıb. Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 399

Oxşar yazılar