Braziliyada sərnişin qatarları toqquşdu: 70 yaralı
06 yanvar 2015 06:57 (UTC +04:00)

Braziliyada sərnişin qatarları toqquşdu: 70 yaralı

Braziliyanın Rio de Janeyro ştatında iki sərnişin qatarının toqquşması nəticəsində 70 nəfər xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, qəza Meskita şəhərində qeydə alınıb.

 

İlkin məlumata görə, sərnişin qatarı stansiyada dayanmış digər qatara arxadan çırpılıb. Hadisə yerinə çoxlu sayda təcilli yardım briqadaları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240

Oxşar yazılar