Braziliya stadionları yaşayış evlərinə çevrilə bilər
19 iyul 2014 03:13 (UTC +04:00)

Braziliya stadionları yaşayış evlərinə çevrilə bilər

0

Braziliyalı arxitektorlar ölkədəki bəzi stadionların yaşayış evlərinə çevrilməsini təklif ediblər.

 

Apasport.az saytının məlumatına görə, “Casa Futebol” adlı layihə ölkədə yaşayış evi çatışmazlığını aradan qaldırılmasına xidmət edəcək.

 

Layihə müəllifləri insanları birbaşa Braziliya yığması üçün həddən artıq uğursuz olan çempionatdan sonra boş qalan stadionların ərazisində yerləşdirməsi təklifini irəli sürüblər.

 

Yaşayış evləri stadionların fasadlarına bərkidiləcək və iki tərəfə – birbaşa meydana və arxa tərəfə baxacaq. Bu halda hər mənzilin sahəsi 100 kvadrat metrdən çox olacaq.

 

Qeyd edək ki, rəsmi məlumatlara əsasən Braziliyada mənzilə ehtiyacı olanların sayı 5,2 milyon nəfərdir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1048

Oxşar yazılar