Boliviyanın şərqində Santa-Krus bölməsində «Ralmasola» həbsxanasındakı qiyam və yanğın nəticəsində azı 28 məhbus həlak olub, 50-si yaralanıb.
Lent.az-ın «Assoşieyted press»-ə istinadən məlumatına görə, məhbuslar arasında toqquşma zamanı qaz balonu partlayaraq, yanğın yaradıb.
«Münaqişə məhbus qrupları arasında həbsxananın iki korpusunun təsir dairəsinə salınması üstündə baş verib»-deyə, polis rəisi Alberto Arasena söyləyib.
Onun sözlərinə görə, həlak olanların sayı arta bilər.
Boliviya həbsxanalarında 14 min məhbus var. Bu isə ölkədəki həbsxanaların tutumdan 3 dəfə artıqdır. Məlumata əsasən, islah müəssislərində məhbuslara qarşı insanlıqdan uzaq davranış, onların qalma şəraitinin ağırlığı bir sıra üsyanların yaranmasına səbəb olur.