BMT TŞ qəzaya uğramış “Boinq”lə bağlı qətnamə qəbul edib
22 iyul 2014 01:50 (UTC +04:00)

BMT TŞ qəzaya uğramış “Boinq”lə bağlı qətnamə qəbul edib

0

BMT Təhlükəsizlik Şurası Ukrayna ərazisinə düşmüş Malayziya hava yollarına məxsus “Boeing-777”-lə bağlı qətnamə qəbul edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, birsəslə qəbul edilən qətnamədə tələb edilib ki, hadisə yerinə, Ukraynanın şərqinə beynəlxalq mütəxəssislər məhdudiyyət qoyulmadan, əhlükəsizlikləri təmin olunmaqla buraxılmalıdır.

 

Qətnamə layihəsini hadisə nəticəsində 28 vətəndaşını itirmiş Avstraliya hazırlayıb. Sənəddə bildirilib ki, araşdırmaya zərər verəcəyindən hadisə yerində silahlı qarşıdurma dayandırılmalıdır.

 

Rusiyanın da lehinə səs verdiyi qətnamədə o da vurğulanıb ki, qəzanı suçluları məsuliyyətə cəlb edilməlidir. “Bütün dövlətlər həqiqətin ortaya çıxmasını  dəstəkləməlidir”-deyə, qətnamədə bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 839

Oxşar yazılar