BMT baş katibi Ruhanidən xahiş etdi
21 sentyabr 2017 22:06 (UTC +04:00)

BMT baş katibi Ruhanidən xahiş etdi

BMT baş katibi Antoniu Quterreş İran prezidenti Həsən Ruhanidən ABŞ vətəndaşı və təşkilatın sabiq əməkdaşı Baker Namazini həbsxanadan azad etməyə çağırıb.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə,  bu barədə BMT-nin nümayəndəsi Stefan Düjarik Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində Antoniu Quterreş və Həsən Ruhani arasında keçirilən görüşündən sonra bildirib.

 

Qeyd edək ki, 2016-cı ilin oktyabrında İran məhkəməsi 80 yaşlı Namazi və onun 46 yaşlı oğlu Siamakı casusluqda ittiham edərək 10 il həbs cəzasına məhkum edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294

Oxşar yazılar