BMT: Jurnalistlərə qarşı cinayətlərin 90 faizinin üstü açılmır
02 noyabr 2014 03:16 (UTC +04:00)

BMT: Jurnalistlərə qarşı cinayətlərin 90 faizinin üstü açılmır

Bu gün BMT-də ilk dəfə olaraq Beynəlxalq cəzasızlığa və jurnalistlərə qarşı cinayətlərə son qoyulması günü qeyd olunacaq. Lent.az-ın məlumatına görə, bu barədə APA “RİA Novosti"yə istinadən xəbər verir.  BMT-nin Jurnalistlərin Mühafizəsi Komitəsinin məlumatına əsasən, 2004-2013-cü illərdə azı 370 jurnalist qətlə yetirilib. Onların ölümü bu və ya digər mənada peşə fəaliyyətləri ilə bağlı olub. Bu qətllərdən 333-ün üstü hələ də açılmayıb.   

 

Jurnalistlərin Mühafizəsi Komitəsi, xüsusən, Ukraynada çalışan jurnalistlərin taleyinə də diqqət yetirib: “İlin əvvəlindən, ölkədə böhran başlayandan 7 jurnalist və KİV nümayəndəsi ölüb”, deyə Komitənin əməkdaşı  Müzəffər Süleymanov bildirib.   

 

Qeyd edək ki, Beynəlxalq cəzasızlığa və jurnalistlərə qarşı cinayətlərə son qoyulması gününün  hər il noyabrın 2-də qeyd olunması ötən il BMT Baş Assambleyasını tərəfindən qərara alınıb. Bu tarix keçən il Malidə iki fransalı jurnalistin öldürüldüyü günə təsadüf edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571
avatar

Oxşar yazılar