Suriyanın Homs şəhərində 2,5 min mülki vətəndaş mühasirədədir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Bəşar Əsəd rejiminin silahlı qüvvələrinin həmin şəhərə həmləsi davam etməkdədir.
BMT-nin baş katibi rejim və müxalifət qüvvələrini Homsdakı mülki vətəndaşların mühasirədən çıxmasına şərait yaratmağa çağırıb.
Mənbə bildirib ki, iyulun 2-də Dəməşq ətrafında rejim silahlıları ilə müxalifət arasında atışma nəticəsində çoxu qadın və uşaq olmaqla 11 nəfər həlak olub.