Bingöldə PKK-çılarla atışma: 3 yaralı
24 sentyabr 2015 02:50 (UTC +04:00)

Bingöldə PKK-çılarla atışma: 3 yaralı

Türkiyənin Bingöl vilayətində PKK terror təşkilatının silahlıları ilə təhlükəsizlik qüvvələri arasında baş verən atışma nəticəsində 2 polis və 1 mülki şəxs yaralanıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə,  insident Bingöl-Elazığ yolunun Kurudere kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Məlumata əsasən, terrorçular yolu bağlamağa cəhd edib. Polisin "təslim olun" çağırışına terrorçular atəşlə cavab veriblər. Silahlı insident nəticəsində 2 polis əməkdaşı və 1 mülki şəxs yaralanıb.

 

Bingöl Dövlət Xəstəxanasına çatdırılan yaralıların vəziyyətlərinin kafi olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318

Oxşar yazılar