Bin - Ladenin yerini deyən ABŞ-dan 25 milyonunu istəyir
04 may 2013 22:31 (UTC +04:00)

Bin - Ladenin yerini deyən ABŞ-dan 25 milyonunu istəyir

İtaliya vətəndaşı Meri Paçe sensasiyalı iddia ilə çıxış edib.

 

Lent.az-ın «vesti.ru»-ya istinadən məlumatına görə, Üsamə bin-Ladenin yerini ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) o, göstərib.

 

O, bildirib ki, bin – Ladeni villada hərbçilər deyil, mağarada muzdlular öldürüb.

 

Ona görə də Paçe MKİ-i məhkəməyə verərək, 25 milyon məbləğində mükafatın verilməsini iddia edib.

 

Mənbənin məlumatına əsasən, gəncliyində Meri Paçeni  İtaliya kommunistlərini izləmək üçün ABŞ kəşfiyyatı ələ alıb. O, deyib ki, keçmiş SSRİ Əfqanıstanda savaşan zamanı MKİ-nin əməkdaşı kimi bin-Ladenlə şəxsən görüşüb.

 

Bu qadın məsələ ilə bağlı əvvəlcə ölkəsinin xüsusi xidmət orqanlarına müraciət edib, ancaq onun dediklərini ciddi qəbul etməyiblər.

 

 

2010-cu ildə MKİ ilə yazışmaları tapılıb. «Amerikalılar mükafatı heç kimə verməmək və bu uğuru  mənimsəmək üçün belə davranıblar» - deyə, o, bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1483
avatar

Oxşar yazılar