Belçikanın Antverpen şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində xəsarət alanların sayı 14 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə Antverpen polisinin “Twitter” səhifəsində bildirilir.
“Hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti kritikdir”, məlumatda deyilir.
***
Belçikanın Antverpen şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından indiyə qədər 4 nəfər çıxarılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha 3 nəfər itkin düşmüş hesab edilir. Ölənlərin olması da istisna edilmir.
İlkin məlumata görə, hadisəyə məişət qazının partlaması səbəb olub. Partlayış baş verən tikili tamamilə dağılıb, ona bitişik daha iki yaşayış binasına ciddi ziyan dəyib.
***
Belçikanın Antverpen şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində 5 nəfər xəsarət alıb.
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, yaralıların vəziyyəti barədə hələ ki, məlumat verilmir.
Partlayışa məişət qazının sızması səbəb olub.
***
Belçikanın Antverpen şəhərində binada partlayış baş verib.
APA-nın xəbərinə görə, bu barədə “İndependent” məlumat verib.
Məlumata əsasən, xilasedicilər dağıntılar altında qalan bir neçə nəfəri xilas edib.
lkin məlumata əsasən, partlayış baş verən bina qismən uçub, daha iki tikiliyə ziyan dəyib.
Polis hadisənin terrorla əlaqəli olmadığını bəyan edib.