Belçikalıların kralı II Albert iyulun 21-də taxt-tacdan imtina edəcəyi haqda qərarını açıqlayacaq.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 79 yaşlı kralın televiya və radioda millətinə müraciət edəcəyi də gözlənilir.
Son aylar Belçıkada kralın taxt-tacdan oğlu varis, şahzadə Filippin xeyrinə imtina edəcəyi haqda şayiələr dolaşmaqda idi.
Hər il iyulun 21-də Belçikada Milli bayramı – kralın andiçmə gününü qeyd edirlər.