Belarus Rusiya neftinin ölkə ərazisindəki borularla nəqlinə dair tarifləri qaldırır.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Antiinhisar Nizamlanması və Ticarət Nazirliyinin qərarında bildirilir.
Məlumata görə, Rusiya neftinin nəqlinə dair yeni tranzit tarifləri qərara əlavə olunmuş qoşmada əksini tapıb.
Qeyd edək ki, yeni tariflər qərar dərc olunduqdan 10 gün sonra qüvvəyə minəcək.