Belarus 2016-17-ci illər üzrə təbii qaza görə Rusiyanın “Qazprom” şirkətinə olan $726,2 mln. dollar borcunu tam ödəyib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə şirkətdən bildirilib.
“Belarus “Qazprom” şirkəti qarşısında 2016-17-ci illər üzrə Rusiya qazına görə $726,2 mln. dollar məbləğində yaranan debitor borcunu tam ödəyib”, - deyə məlumatda bildirilir.
Beləliklə, Belarus və Rusiya bir neçə aydır davam edən neft-qaz münaqişəsini qismən nizamlamış olublar.