BƏƏ-də 200-dək sakin su kranından içdikləri sudan zəhərlənib
10 iyun 2019 05:53 (UTC +04:00)

BƏƏ-də 200-dək sakin su kranından içdikləri sudan zəhərlənib

BƏƏ-nin ən kiçik əmirliyi olan Acmanda bir yaşayış kompleksinin təxminən 200 sakini zəhərlənmə əlaməti ilə həkimə müraciət edib. Onların su kranı ilə əldə olunan sudan zəhərləndikləri deyilir.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin "Twitter" səhifəsində məlumat yer alıb.

 

Son iki gündə əmirlik xəstəxanalarına ümumilikdə “Horizon Towers” yaşayış kompleksinin 190 sakini müracət edib. Onlardan yeddisi hospitala yerləşdirilib və hazırda vəziyyətləri stabil qiymətləndirilir.

 

Hazırda Acman əmirliyinin kommunal xidməti yaşayış kompleksinin bütün su borularında və ehtiyat çənlərində yoxlamalar və dezinfeksiya işləri aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615
avatar

Oxşar yazılar