Başında Ərdoğanın fotosunu çəkdi
04 avqust 2016 03:02 (UTC +04:00)

Başında Ərdoğanın fotosunu çəkdi

Ankarada saç ustası işləyən Ercan Buyruk köməkçisinin başına prezident Rəcəb Tayyib Ərdoğanın fotosunu döyüb.

 

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi məlumata görə, o, bunu prezidentə olan sevgisini göstərmək üçün etdiyini bildirib.

 

“Biz ürəyimizdə prezidentə sevgimizi hiss edirik. İstədim ki, bu sevgini incəsənət vasitəsilə saçlarda ifadə edim. Nə qədər ki, o bizə rəhbərlik edəcək, bizə heç nə olmayacaq”, - deyə E. Buyruk söyləyib.

 

O, bildirib ki, Ərdoğanın fotosu üçün yalnız qayçı və ülgücdən istifadə edib.

 

Qeyd edək ki, E. Buyruk daha öncə 24 saat ərzində 363 nəfərin saçını qırxmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar