«Barəsində beynəlxalq axtarış elan edilən Viktor Yanukoviç hələ də Ukraynadadır». Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «Frans press» bildirib ki, bunu Ukrayna baş prokurorunun səlahiyyətlərini icra edən Nikolay Qolomşu deyib.
«Yanukoviçin hələ Ukrayna ərazisində olması haqda biz də informasiya var»-deyə, o vurğulayıb. Bununla belə baş prokuror keçmiş prezidentin olduğu şəhərin adını söyləməyib.