Baş nazir və prezident gəmidə mübahisə etdi
12 avqust 2013 10:38 (UTC +04:00)

Baş nazir və prezident gəmidə mübahisə etdi

Amerika gəmisinin göyərtəsində Saakaşvili ilə İvanişvili arasında mübahisə baş verib

 

Gürcüstanın Batumi limanına gəlmiş ABŞ-a məxsus “Balkli” gəmisində keçirilən rəsmi qəbulda Gürcüstan prezidenti və baş naziri arasında mübahisə baş verib.


 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, 11 avqust axşamı keçirilən tədbirdə çıxış edən baş nazir Bidzina İvanişvili 2008-ci ildə Cənubi Osetiyada baş vermiş hərbi münaqişəyə görə keçmiş hökumətin məsuliyyət daşıdığını bildirib. Baş nazirdən sonra çıxış edən prezident Mixail Saakaşvili isə bu fikirlərə etiraz edib: “Mən gürcü tərəfinin bu müharibədə məsuliyyət daşıması ilə bağlı fikirləri qətiyyətlə rədd edirəm. Bu barədə danışanlar ya Gürcüstanı sevmir, ya da Gürcüstanın düşməni ilə əlaqəlidir”. Bu zaman B. İvanişvili yerdən replika atıb: “Öz məsuliyyətin haqda danış”.

 

Xatırladaq ki, bu il oktyabrın 27-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1519
avatar

Oxşar yazılar