Baş nazir: “İstefaya getməyi planlaşdırmıram”
31 avqust 2017 04:12 (UTC +04:00)

Baş nazir: “İstefaya getməyi planlaşdırmıram”

Böyük Britaniyanın baş naziri Tereza Mey onun baş nazir postunda qalıb-qalmaması ilə bağlı spekulyasiyalara son qoymağa çağırıb.

 

APA-nın xəbərinə görə, bu barədə baş nazir “ITV News” telekanalına müsahibəsində bildirib.

 

“Gələcəyim ilə bağlı bir çox mülahizələr irəli sürülür, lakin mən istefaya getməyi planlaşdırmıram. Vəzifəmdə uzun müddət qalmaq niyyətindəyəm”, deyə T.Mey vurğulayıb.

 

“Independent” qəzetinin sorğusuna əsasən, britaniyalıların 45% T.Meyin siyasətindən narazıdırlar. Respondentlərin bir çoxu hesab edir ki, baş nazir 2022-ci ilin parlament seçkilərinədək istefa verməli olacaq. Hazırda T.Meyin fəaliyyətini britaniyalıların 29%-i dəstəkləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar