İraqın paytaxtı Bağdadda qaçqınların müvəqqəti yerləşdirildiyi düşərgə minaatanlardan atəşə tutulub.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 4-ü uşaq olmaqla 6 nəfər ölüb.
Bildirilir ki, düşərgəyə 3 mərmi düşüb.
Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.