Bu gün Şəmkir rayonunda baş vermiş dəhşətli yanğın hadisəsində ölən və xəsarət alanların hamısı türkiyə vətəndaşlarıdır. Lent.şaz-ın əldə etdiyi məlumata gförə, Seyfəli kəndi yaxınlığında su anbarının tikintisi ilə məşğul olan şirkətin əməkdaşlarının yaşadığı səyyar yataqxanada baş vermiş yanğında Türkiyə vətəndaşları 1988-ci ilt əvəllüdlü Engin Yaşar və 1968-ci il təvəllüdlü Aleddin Özben həlak olub. Daha 3 Türkiyə vətəndaşı 1986-cı il təvəllüdlü Murat Altun, 1984-cü il təvəllüdlü Nasib Keskin və 1963-cü ildə anadan olmuş Levent Sürül isə ağır bədən xəsarətləri albıblar. Yaralılardan ikisi Bakıya gətirilib.
Qeyd edək ki, rayon mərkəzindən 35 km aralıda yerləşən inşaat işləri aparılan ərazidə fəhlələr üçün nəzərdə tutulmuş ümumi sahəsi 300 kv.m olan tikilinin lambir və taxta konstruksiyalardan ibarət üzlüyü yanıb. Yanğın nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif xəsarətlər alıb. Yanğın saat 03:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
*****
10.01
Yanvarın 31-nə keçən gecə Şəmkir rayonunun Seyfəli kəndində dəhşətli hadisə baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə rayon mərkəzindən 35 km aralıda yerləşən inşaat işləri aparılan ərazidə fəhlələr üçün nəzərdə tutulmuş ümumi sahəsi 300 kv.m olan tikilinin lambir və taxta konstruksiyalardan ibarət üzlüyü yanıb. Yanğın nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif xəsarətlər alıb. Yanğın saat 03:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.