Azərbaycan və Türkiyə vətəndaşları arasında silahlı olay: 4 nəfər yaralanıb
01 iyul 2013 23:32 (UTC +04:00)

Azərbaycan və Türkiyə vətəndaşları arasında silahlı olay: 4 nəfər yaralanıb

Rusiya paytaxtında Azərbaycan və Türkiyə vətəndaşları arasında kütləvi dava düşüb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dava zamanı travmatik silahdan istifadə edilib. Nəticədə 4 nəfər yaralanıb.

 

Hadisə iyulun 1-də günorta saatlarında Moskvanın "İzmayılovski Şosse" adlanan ərazidə yerləşən kafedə baş verib. Türkiyə vətəndaşına məxsus kafedə baş verən dava zamanı dörd Türkiyə vətəndaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

 

Moskva Polis İdarəsinin yaydığı məlumatda isə dava edənlərinin sayının 20-yə yaxın olduğu bildirilib. Dava edənlərdən 15 nəfəri hadisə yerindən qaçıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5744
avatar

Oxşar yazılar