Azərbaycan əsilli deputata İsveçdə yüksək vəzifə verildi
İsveç Parlamentinin deputatı Aylin Fazelian İsveç Sosial Demokrat hakim Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib.
Lent.az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Ekspertin sözlərinə görə, Azərbaycan türkünün Partiyanın Mərkəzi Komitəsinə üzv seçilməsi böyük uğur hesab edilməlidir: “Bu Aylinin partiyada nüfuzunu göstərir. İsveçin siyasi-ictimai və social-mədəni mühitində fəallığı ilə seçilir”.
E.Eltürk bildirib ki, Aylin Fazelian bir müddət əvvəl “İsveç Sosial Demokrat Partiyası”nın Göteberq bölgə və ətraf şəhərləri üzrə rəhbəri seçilmişdi:
“O, hal-hazırda İsveç millət vəkili olaraq xarici işlər komissiyasında çalışır. 2019-cü ildə “Qlobal” Utmaninq Araşdırma Mərkəzi tərəfindən dünyanın ən güclü qadınlarından biri seçilmişdi”.
Qeyd edək ki, Aylin əslən Güney Azərbaycan bölgəsindəndir. Ailəsi 30 il əvvəl İsveçə köçüb.
868