İstanbulun Bineylər məhəlləsində avtobus eyvanda yatan iki bacını vurub. Lent.az-ın məlumatına görə, avtobus yüksək sürətlə hərəkət edərkən idarəetədən çıxıb və binaya çırpılıb. Hadisə nəticəsində birinci mərtəbədəki mənzilin eyvanında yatan iki bacı Züleyxa Doğru və Sürəyya Qəhvəçi ağır xəsarət alıb. Hər iki qadın avtobusun altında qalıb.
Ev sahibi qardaşının köməyi ilə həyat yoldaşı və baldızını avtobusun altından çıxarıb. Dərhal xəstəxanaya aparılan bacıların vəziyyəti ağırdır.