Əfqanıstanda ağır yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "Pajhwok" agentliyi hakimiyyət orqanlarına istinadən xəbər yayıb.
Agentliyin məlumatına görə, hadisə ölkənin şimal-şərqində baş verib. Baharak-Feyzabad istiqamətində hərəkət edən sərnişin avtobusunun Kokça çayına düşməsi nəticəsində 11 nəfər həyatını itirib.
Qəza nəticəsində 12 nəfər sağ qala bilib.