Avstriyada parlament seçkilərinin ilkin nəticələri məlum oldu
Bu gün Avstriyada keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub.
APA-nın ORF telekanalına istinadən verdiyi məlumata görə, Sebastian Kurtsun rəhbərlik etdiyi Avstriya Xalq Partiyası səslərin 37 faizini toplayıb.
İkinci yerdə 22 faiz səslə Sosial-Demokrat Partiyası, üçüncü yerdə isə 16 faiz səslə Azadlıq Partiyası qərarlaşıb.
S. Kurtsun qələbəsini exit-pollun nəticələri də təsdiqləyir.
755