Avstraliyada xoruz yumurta toplayan qadını öldürüb
02 sentyabr 2019 07:14 (UTC +04:00)

Avstraliyada xoruz yumurta toplayan qadını öldürüb

0

 

Avstraliyada xoruz yerli sakinə öldürücü zərbə vurub.

APA xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb.

Məlumata görə, qadın yumurta toplayan zaman xoruz ona hücum edib.

Belə ki, xoruzun yumurta toplayan qadını dimdiklə vurması nəticəsində onun varikoz damarı kəsilib və o, çoxlu qan itirmədən ölüb.

Yerli rəsmilər qadının şəxsiyyəti barədə məlumat verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4489

Oxşar yazılar