Avstraliyanın Melburn şəhərində iki uşaq Ebola virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hazırda uşaqlar müvafiq müayinələrdən keçirilir.
Onların kimliyi barədə məlumat verilmir. Məlumdur ki, bu, 10 yaşınadək uşaqlardı.
Qeyd olunur ki, indiyədək Avstraliyda Ebola xəstəliyinə yoluxma halları qeydə alınmayıb.