Bombalı hücum və ardınca yaşanan hərbi çevriliş cəhdindən sonra İstanbulun Atatürk hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
Lent.az-ın "Haberturk"e istinadən xəbərinə görə, bununla əlaqədar hava limanının yetkililəri sərnişinlərdən daha çox ictimai nəqliyyatdan istifadə etməyi, qeydiyyat üçün uçuşa 3 saat qalmış aeroporta gəlməyi xahiş edib.