Almaniyanı etiraz dalğası bürüdü
18 aprel 2015 23:42 (UTC +04:00)

Almaniyanı etiraz dalğası bürüdü

Münhendə Avropa Birliyi, ABŞ, Kanada və digər ölkələr arasında dünyanın ən böyük azad ticarət zonasının yaradılmasına dair imzalanacaq sazişə qarşı 20 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirilib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölkədə təşkil olunan  etiraz aksiyaların əlaqələndiricisi Attaс Deutschland təşkilatıdır.  

  

Məlumata görə, Münhendə təşkil olunan aksiyada 20 min, Leypsiqdə 1000, Ştutqartda 2000 etirazçı iştirak edib. Etiraz aksiyaları həmçinin Ulma (1200 etirazçı), Kil (600)  və Berlində (4000) keçirilib.  

 

Berlində 4 minədək etirazçı cərgəyə düzülərək Kanada səfirliyindən (ABŞ səfirliyinin qarşısından keçməklə) Aİ-nin Almaniyadakı nümayəndəliyinədək  “canlı sədd” yaradıblar. Bundan sonra  etirazçılar cərgə boyu aksiyanın bəyanatını bir-birinə ötürərək imzalayıblar və Aİ-nin Almaniyadakı nümayəndəliyinə təqdim ediblər. Bəyanatda imzalanması bu il gözlənilən sazişdən imtina çağırışı ifadə olunub.  

 

Almaniyanın bir çox şəhərlərində bu gün keçirilən etiraz aksiyalara “Soıçular” və “Yaşıllar” müxalifət partiyaları, həmkarlar ittifaqları, ictimai birliklər qatılıb.  

  

Qeyd edək ki, ticarət və investisiyalar haqqında Transatlantik saziş (TTIP - Transatlantic Trade and Investment Partnership)  ətrafında qapalı danışıqlar 2013-cü ilin iyulundan davam edir. Saziş layihəsinin bu il hazırlanması gözlənilir. Bundan sonra saziş Avropa Parlamenti və Aİ ölkələrinin parlamentləri tərəfindən 1,5 il ərzində təsdiqlənməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Oxşar yazılar