Almaniya polisi terror aktı hazırlamaqda şübhəli bilinən miqrantı saxlayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Leipziger Volkszeitung” qəzeti yazıb.
25 yaşlı Mərakeş əsilli oğlan aprelin 8-də Leypsiq şəhəri yaxınlığında qaçqın düşərgəsində keçirilən əməliyyat zamanı tutulub. İlkin məlumata əsasən, o, Almaniyanın paytaxtı Berlində terror aktı törətməyi planlaşdırırmış.