Almaniyanın Dortmund şəhərində qeydiyyat mərkəzində Suriya və Liviyadan olan gənc miqrantlar arasında kütləvi dava olub.
APA-nın “Rheinische Post”-a istinadən verdiyi xəbərə görə, davada biri qadın olmaqla 8 nəfər iştirak edib.
Hadisə nəticəsində 5 nəfər yüngül xəsarət alıb, 3 nəfər saxlanılıb. Münaqişənin səbəbi məlum deyil.